Asensio üçün 25 milyon avroluq təklif

“Milan” “Real”ın yarımmüdafiəçisi Marko Asensionu transfer edə bilər. Futbolçu özü də bu yay komandasını dəyişmək istəyir.

Komanda.az “Defensa Central”-a istinadən xəbər verir ki, Madrid klubu oyunçunu 30 milyon avroya buraxmağa hazırdır. “Milan” isə Asensio üçün 25 milyon avro təklif edir.

Daha əvvəl 26 yaşlı futbolçu ilə “Arsenal”, “Çelsi” və “Liverpul”un da maraqlandığı bildirilirdi.

Asensio 2021/22 mövsümündə “Real”ın heyətində 42 matçda 12 qol vurub və 2 məhsuldar ötürmə edib. Onun klubla müqaviləsi 2023-cü ilin iyun ayının sonuna qədər qüvvədədir.

Bizi Telegramda izləyin

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button