Messinin oğlu ABŞ klubunun akademiyasında məşq edəcək
Lionel Messinin oğlu Tiaqo “İnter Mayami”nin akademiyasında məşq edəcək.
Komanda.az “Daily Mail”-ə istinadən xəbər verir ki, o, 12 yaşadək futbolçulardan təşkil edilmiş kollektivdə forma geyinəcək.
Lionel Messi yay transfer pəncərəsində azad agent kimi “İnter Mayami”yə keçib. O, ABŞ klubunda 9 oyuna çıxıb, 11 qol vurub və 3 məhsuldar ötürmə edib.
Bizi Telegramda izləyin
Bizi Facebook-da izləyin