Messinin “Barselona”dakı mövqeyi məlumdur – Hücumda oynamayacaq

“Barselona” klubu yayda bir hücumçu almaq istəyir.

Komanda.az “Mundo Deportivo”-ya istinadən xəbər verir ki, Lionel Messi PSJ-dən “Barselona”ya qayıtsa, yarımmüdafiəçi mövqeyində oynayacaq. Buna görə də, klub başqa bir hücumçu ilə müqavilə imzalamaq istəyir.

Daha əvvəl hücum xətti üçün əsas namizədlərin 2022-ci ilin yayında “Barselona”dan “Çelsi”yə keçən Pyer-Emerik Obameyanq və Braziliyanın “Atletiko Paranaense” klubundan 18 yaşlı Vitor Roke olduğu bildirilirdi.

Keçən həftə “Barsa” rəsmilərindən Mateu Alemani ilə Jordi Kroyff Vitor Rokenin atası və onun agentlərindən biri ilə danışıqlar aparıb. Lakin 18 yaşlı hücumçunun transferi “Barselona”ya ən azı 40 milyon avroya başa gələcək.

Messi ümid edir ki, “Barselona”nın prezidenti Xuan Laporta komandaya qayıtmağı müzakirə etmək üçün şəxsən onunla əlaqə saxlayacaq. Kataloniya təmsilçisinin baş məşqçisi Xavi argentinalı futbolçunun keçmiş klubuna dönməsini israrla istəyir.

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button