“Messinin “Barselona” ilə hekayəsi hələ bitməyib”
“Barselona”nın prezidenti Xuan Laporta Lionel Messinin komandaya geri dönəcəyinə ümid etdiyini etiraf edib.
Komanda.az ESPN-ə istinadən xəbər verir ki, Laporta, klub prezidenti kimi özünü Messiyə borclu hiss etdiyini də deyib:
“Düşünürəm və ümid edirəm ki, Leo Messinin “Barselona” ilə hekayəsi hələ bitməyib. “Barselona”nın prezidenti kimi özümü Messiyə borclu hiss edirəm”.
Messi 2021-ci ilin yayında “Barselona”dan PSJ-yə keçərək, iki illik müqavilə imzalayıb.
Bizi Telegramda izləyin
Bizi Telegramda izləyin
Bizi Facebook-da izləyin