Messinin atası ABŞ klubunun sahibləri ilə görüşəcək

PSJ-nin hücumçusu Lionel Messi karyerasını MLS liqasında davam etdirmək variantını ciddi şəkildə düşünür.

Komanda.az xarici KİV-ə istinadən xəbər verir ki, argentinalı futbolçunun atası tezliklə “İnter Mayami”nin sahibləri ilə görüşəcək.

ABŞ klubunun son bir neçə aydır Messi ilə əlaqə saxladığı, lakin tərəflərin hələlik ilkin razılığa gəlmədiyi qeyd edilir.

Daha əvvəl mətbuatda PSJ-nin Messi ilə müqaviləni uzatmayacağı və futbolçunun özünün vəziyyəti dəyişmək istədiyi barədə məlumatlar yayılmışdı. Ona Səudiyyə Ərəbistanından da ciddi maraq var. Ərəblər Lionelə futbol tarixindəki ən böyük müqaviləni təklif etməyə hazırdırlar.

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button