Messinin ərəblərdən xahişi
Lionel Messi Səudiyyə Ərəbistanının “Əl-Hilal” klubuna keçidini təxirə salmaq istəyir.
Komanda.az “Goal”-a istinadən xəbər verir ki, argentinalı futbolçunun nümayəndələri dünən Səudiyyə Ərəbistanı klubunun rəhbərliyi ilə görüş keçirib və “Əl-Hilal”a keçmək məsələsini 2024-cü ilə qədər təxirə salmağı xahiş ediblər.
Klub rəsmiləri bu tələbdən təəccübləniblər və onların gələn il təkliflərinin hazırda nəzərdən keçirilən illik 500 milyon avroluq müqavilədən fərqli olacağını söyləyiblər.
Messinin atası Xorxe Messi dünən açıqlama verərək, oğlunun “Barselona”ya qayıtmaq istədiyini bildirib.
Bizi Telegramda izləyin
Bizi Facebook-da izləyin