Messinin PSJ-yə qazandırdığı milyonlar
PSJ mövsümü klub rekordu olan 700 milyon avro gəlirlə başa vuracaq.
Komanda.az “Ekip” nəşrinə istinadən xəbər verir ki, bu göstərici Paris klubunun gəlirinin 637,3 milyon avro təşkil etdiyi 2018/19 mövsümünün nəticəsini üstələyir.
Xəbərdə bildirilir ki, argentinalı hücumçu Lionel Messi ilə müqavilə imzaladıqdan sonra PSJ-nin 11 yeni sponsorluq tərəfdaşı var. Buradan ümumi gəlir 310 milyon avroya çatmalıdır.
Eyni zamanda, 34 yaşlı argentinalının transferi forma satışına da təsir edib. Satılan formaların ümumi sayı 1 milyon ədəd olub. Onların 60 faizi Messinin adı ilə olan formalardır.
Oyunlardan gəlir də ötən mövsümdəki 93 milyon avrodan bu il 132 milyon avroya yüksəlib. Gəlirlərin 2022/23 mövsümündə artmağa davam edəcəyi gözlənilir.
Bizi Facebook-da izləyin