Messini geri qaytarmaq üçün plan

“Barselona” PSJ-nin hücumçusu Lionel Messini almaq üçün Rafinyanı sata bilər.

Komanda.az AS nəşrinə istinadən xəbər verir ki, braziliyalı futbolçu ilə Premyer Liqanın 3 klubu maraqlanır. Lakin kataloniyalılar Rafinya ilə ayrılmağa tələsmir və yalnız yaxşı təklif olduğu halda onu satmaq variantını nəzərdən keçirə bilər. Rafinya ilə “Arsenal”, “Tottenhem” və “Nyukasl” maraqlanır. Braziliyalının satışından əldə olunacaq gəlir müqavilə imzalanacağı təqdirdə, Messi ilə sözləşməyə sərf olunacaq.

26 yaşlı Rafinya bu mövsüm bütün turnirlərdə 42 oyun keçirib, 9 qol vurub və 10 məhsuldar ötürmə edib. Onun “Barsa” ilə müqaviləsi 2027-ci ilə qədərdir.

Messi PSJ-dən əvvəl uzun illər “Barselona”da çıxış edib.

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button