“Messini dünyanın ən yaxşısı hesab edirəm” – Pedri
“Barselona”nın yarımmüdafiəçisi Pedri PSJ-nin hücumçusu Lionel Messi ilə bağlı danışıb.
Komanda.az “Daily Mail”-ə istinadən xəbər verir ki, Pedri Messinin dünyanın ən yaxşı futbolçusu olduğunu bildirib:
“Uzun müddətdir deyirəm ki, Lioneli dünyanın ən yaxşısı hesab edirəm. Onunla oynayandan sonra buna bir daha əmin oldum. Messinin Qətərdə keçirilən dünya çempionatındakı oyununa baxaraq da buna əmin ola bilərik”.
35 yaşlı argentinalı forvard bu mövsüm PSJ-nin heyətində 29 oyuna çıxıb, 18 qol vurub və 16 məhsuldar ötürmə edib.
Messi 2022-ci ildə Argentina millisi ilə dünya çempionu olub.
Bizi Telegramda izləyin
Bizi Facebook-da izləyin