“Yamal futbolu dəyişir” – “Jirona”nın baş məşqçisi

“Jirona”nın baş məşqçisi Mişel İspaniya millisinin və “Barselona”nın 17 yaşlı hücumçusu Lamin Yamal haqda fikirlərini bölüşüb.

Komanda.az ESPN-ə istinadən xəbər verir ki, baş məşqçi, Lionel Messidən sonra onun kimi birinin olacağını təsəvvür etməyin çətin olduğunu bildirib:

“Yamal indi futbolu dəyişir. 17 yaşında o, artıq mənim üçün dünyanın ən yaxşı futbolçularından biridir. Messidən sonra onun kimi birinin olacağını təsəvvür etmək çətindir. Lamin, Messinin səviyyəsinə çata bilən oyunçudur”.

Yamal İspaniya La Liqasının cari mövsümündə 5 oyun keçirib, 3 qol vurub və 4 məhsuldar ötürmə edib.

“Barselona” dünən La Liqanın 5-ci turunda səfərdə “Jirona”nı 4:1 hesabı ilə məğlub edib. Qollardan ikisini Yamal vurub.

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button