Messinin vərdişləri

Argentina millisinin və “İnter Mayami”nin hücumçusu Lionel Messi vərdişlərindən danışıb.

Komanda.az xarici KİV-ə istinadən xəbər verir ki, argentinalı futbolçu yatmazdan əvvəl səhər yeməyi üçün masanı hazırladığını bildirib:

“Yatmazdan əvvəl səhərə qədər masanın üstündə hər şeyi hazırlayıram. Səhər yeməyi zamanı hər kəs öz yerində oturur.

Evə qayıdanda dərhal idman ayaqqabılarımı çıxarıb başmaq geyinirəm. Mənim başqa rituallarım var, amma onlar haqqında danışmaq istəmirəm”.

36 yaşlı forvard “İnter Mayami”nin heyətində bütün turnirlərdə 11 oyun keçirib, 11 qol vurub və 5 məhsuldar ötürmə edib.

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button