Messiylə Suares yenidən eyni komandada?

“Barselona”nın hücumçusu Lionel Messi və “Atletiko”nun futbolçusu Luis Suares yenidən eyni komandada çıxış edə bilər.

Komanda.az “Catalunya Radio”ya istinadən xəbər verir ki, futbolçuların ABŞ-ın “İnter Mayami” klubunda oynamaq ehtimalı yaranıb. Klubun sahibi, sabiq futbolçu Devid Bekhem hər iki hücumçunun gələcəkdə “İnter Mayami”də çıxış etməsini planlaşdırır. Lakin bu keçid 2022-ci ildən əvvəl olmayacaq.

Messinin “Barselona” ilə müqaviləsi cari mövsümün sonunda başa çatacaq. Suaresin “Atletiko” ilə sözləşməsi isə 2022-ci ilin yayınadək nəzərdə tutulub. Futbolçular “Barselona”da birlikdə çıxış edib.

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button