Messi: “Titul qazanmasaydıq, yəqin ki, millini tərk edərdim”

“İnter Mayami”nin hücumçusu Lionel Messi bildirib ki, yığma komanda ilə 2022-ci ildə Qətərdə keçirilən dünya çempionatında qalib gələ bilməsəymiş, böyük ehtimalla, Argentina millisindəki karyerasını başa vuracaqmış.

Komanda.az “Big Time AS”-a istinadən xəbər verir ki, argentinalı futbolçu zəfər hisslərinin sehrlə müqayisə edildiyini bildirib:

“Dünya kubokunu qazanmaq bizim, ailələrimiz və bütün ölkə üçün sehr idi, bu hisslər həyatımızın sonuna qədər bizimlə qalacaq. Titul qazanmasaydıq, yəqin ki, mən milli komandanı tərk edərdim. Amma xoşbəxtlikdən bunu bacardıq və Argentinaya daha bir qələbə qazandırdıq”.

Messi DÇ-2022-də Argentina yığmasının kapitanı olub. Hücumçu Fransa ilə final oyununda (3:3, 4:2 – penaltilər) dubla imza atıb. O, mundialın ən yaxşı oyunçusu seçilib.

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button