Messi qərar verə bilmir

Lionel Messinin gələcəyi qeyri-müəyyən olaraq qalır: o, hələ də PSJ və “Barselona” arasında seçim edir.

Komanda.az “Ekip” nəşrinə istinadən xəbər verir ki, PSJ argentinalı futbolçu üçün əsas seçim olaraq qalır. “Barselona” və baş məşqçisi Xavi parislilərlə Messi arasında yeni müqavilə ilə bağlı danışıqları izləyir.

Messi hələ də Çempionlar Liqasını qazanmaq arzusundadır. Onun bu turnirdəki son uğurundan 8 il keçir. Bunun üçün isə Leoya rəqabətədavamlı komanda lazımdır.

Məlumata görə, hazırda nə Messi, nə PSJ, nə də “Barsa” hücumçunun gələn mövsüm harada oynayacağını bilmir. Futbolçu üçün yalnız PSJ və “Barselona” mübarizə aparır.

Messi üçün əsas rolu onun yeni mövsümdə oynayacağı klubun idman layihəsinin perspektivi oynayır. Onun üçün maaş ikinci dərəcəlidir. “Barsa” argentinalıya indi PSJ-də aldığı məbləği ödəyə bilməyəcək.

Messi bu mövsüm PSJ-nin heyətində bütün turnirlərdə 36 oyunda 20 qol vurub və 19 məhsuldar ötürmə edib.

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button