Messi Peleni, Mbappe də Messini geridə qoydu
Futbol üzrə UEFA Çempionlar Liqasının qrup mərhələsinin 6-cı turu çəərçivəsində baş tutan “Brügge” (Belçika) ilə oyun PSJ-nin (Fransa) hücumçusu Lionel Messi üçün əlamətdar olub.
Komanda.az xəbər verir ki, argentinalı futbolçu bu oyunda dubla imza atmaqla karyerası ərzində vurduğu qolların sayını 758-ə çatdırıb.
34 yaşlı forvard qol sayına görə Braziliya millisinin sabiq futbolçusu Peleni geridə qoyub. Əfsanəvi oyunçunun aktivində 757 qol var.
Messi qitənin ən nüfuzlu klub turnirində məyus etdiyi komandaların sayını da 38-ə çatdırıb. Ulduz futbolçu bu göstərici ilə hazırda İngiltərənin “Mançester Yunayted” klubunda çıxış edən portuqaliyalı hücumçu Kristiano Ronaldonun rekordunu yeniləyib.
“Brügge” ilə qarşılaşmada dubl edən PSJ-nin digər hücumçusu Kilian Mbappe də yeni rekorda imza atıb. Fransalı hücumçu ÇL-də 30 qol vuran ən gəc futbolçu ünvanını ələ keçirib. 22 yaş 352 günlüyündə buna nail olan forvard, Messinin (23 yaş 131 günlük) rekordunu yeniləyib.
Bizi Facebook-da izləyin