Messi “Barselona”da qaldı, Martines qərar verdi

Uzun müddətdir adı “Barselona” ilə yanaşı çəkilən “İnter”in futbolçusu Lautaro Martines qərarını verib.

Komanda.az İtaliya mətbuatına istinadən xəbər verir ki, 23 yaşlı futbolçu Kataloniya klubuna transfer olunmaq istəyir. Bu istəyini bildirən Martinesin yaxın günlərdə “İnter”lə görüş keçirəcəyi bildirilir. Onun Lionel Messinin komandada qalmasından sonra bu qərarı verdiyi və argentinalı futbolçuyla oynamaq istədiyi deyilir.

İndiyədək Martineslə bağlı “Barselona” və “İnter” arasında danışıqlar aparılsa da, İtaliya klubu onun üçün təzminat məbləği olan 111 milyon avro tələb edib. Bu məbləğ “Barselona” tərəfini razı salmayıb.

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button