Messi tələsmir

PSJ-nin və Argentina millisinin hücumçusu Lionel Messi hələ ki, gələcəyi ilə bağlı qərar qəbul etməyi düşünmür.

Komanda.az xarici KİV-ə istinadən xəbər verir ki, 35 yaşlı futbolçu bütün diqqətini PSJ-də oynamağa, eləcə də, Argentina millisi ilə çıxış edəcəyi Qətərdə keçiriləcək dünya çempionatına hazırlaşmağa yönəldib.

Daha əvvəl PSJ-nin Messiyə iki illik yeni müqavilə təklif etməyə hazır olduğu bildirilirdi. Hücumçu çıxışını uğurla davam etdirərsə, Qətərdəki dünya çempionatından sonra danışıqlara başlana bilər.

Messi bu mövsüm bütün turnirlərdə PSJ-nin heyətində 9 oyunda 4 qol vurub və 7 məhsuldar ötürmə edib. Onun klubla hazırkı müqaviləsi 2023-cü ilin iyununda başa çatır.

Bizi Telegramda izləyin

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button