Messi Fransa mətbuatından şikayətçidir
PSJ-nin hücumçusu Lionel Messi Fransa mətbuatının tənqidlərinə dözməkdə çətinlik çəkir.
Komanda.az “Le Parisien”ə istinadən xəbər verir ki, son aylarda Fransanın məşhur nəşrləri müntəzəm olaraq, argentinalı hücumçuya oyunlardakı performansına görə aşağı qiymətlər verir. 34 yaşlı futbolçunun mətbuatdan aldığı aşağı qiymətlər hətta PSJ-nin paltardəyişmə otağında da müzakirə olunmağa başlayıb.
Messinin bütün bunlardan narazı qaldığı, bu barədə klub rəhbərliyinə şikayət etdiyi bildirilir.
Bizi Telegramda izləyin
Bizi Facebook-da izləyin