Messi fikrini dəyişdi: “Barselona”dan ayrılmaq istəyir!
“Barselona”nın hücumçusu Lionel Messi komandadan ayrılmağı düşünür.
Komanda.az “Cadena SER”-ə istinadən xəbər verir ki, argentinalı futbolçu, Kataloniya klubu ilə müqavilənin müddətini uzatmaqla bağlı apardığı danışıqları dayandırıb. Futbolçunun yaxınlarına “Barselona”dan ayrılmaq istədiyini, klubla bağlı yayılan söz-söhbətlərdən bezdiyini dediyi bildirilir. Onun komandanın son vaxtlardakı uğursuz çıxışından və klubun uğurlu layihəsinin olmamasından şikayətləndiyi deyilir.
Messinin “Barselona” ilə müqaviləsini 2023-cü ilədək uzatmaqla bağlı razılığa yaxın olduğu bildirilirdi. Onun klubla hazırkı müqaviləsi 2021-ci ilin yayında başa çatır.
Bizi Telegramda izləyin
Bizi Facebook-da izləyin