Messi “Barselona”ya qayıtmaq üçün 2 klubdan kömək istəyib

PSJ-nin hücumçusu Lionel Messi “Barselona”ya qayıtmaq üçün hər şeyə hazırdır.

Komanda.az “Cadena SER” radiosuna istinadən xəbər verir ki, Messinin atası Xorxe və futbolçu özü “Əl-Hilal” və “İnter Mayami” klublarından “Barselona”ya keçmək üçün kömək istəyib.

Hazırda bu klubların keçidin təşkilində necə iştirak edə biləcəyi məlum deyil. Daha əvvəl Messinin “İnter Mayami”yə, sonra isə icarə əsasında “Barselona”ya keçə biləcəyi bildirilirdi.

“Əl-Hilal” Messiyə hər mövsüm üçün 300 milyon avrodan çox, “İnter Mayami” sponsorluq müqavilələri istisna olmaqla, hər mövsümə görə 50 milyon avro ödəməyə hazırdır. Həmçinin, ABŞ klubu argentinalı forvardı səhmdarlardan birinə çevirməyə də müsbət yanaşır.

“Barselona”nın prezidenti Xuan Laporta Xorxe Messini əmin edib ki, oğlu qayıtsa, Kataloniya klubunda ən çox maaş alan futbolçu olacaq.

Messinin PSJ ilə müqaviləsi iyunun 30-da başa çatacaq və o, azad agentə çevriləcək.

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button