Dani Alveş: “Messinin evə qayıtmasının vaxtı çatıb”

“Barselona”nın müdafiəçisi Dani Alveş PSJ-nin hücumçusu Lionel Messinin Kataloniya klubuna qayıtmasını istəyir.

Komanda.az “sport.es”-ə istinadən xəbər verir ki, braziliyalı futbolçu, Messinin “Barselona”dan başqa, heç bir klubda yaxşı olmayacağını söyləyib:

“Messi növbəti mövsüm üçün geri qayıda bilər. Niyə də olmasın? O, heç bir yerdə “Barselona”dakı qədər yaxşı olmayacaq. Getdi və bu təcrübəni sınadı. Amma artıq evə qayıtmasının vaxtı çatıb”.

Messi 2021-ci ildən PSJ-nin formasını geyinir.

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button