Messi “Barselona” ilə anlaşdı!
İspaniyanın “Barselona” klubu hücumçusu Lionel Messi ilə yeni müqavilənin imzalanması üçün anlaşıb.
Komanda.az “Marca”ya istinadən xəbər verir ki, tərəflər arasında imzalanacaq yeni müqavilə 2023-cü ilədək nəzərdə tutulacaq. İmzalanacaq yeni müqavilənin şərti 1+1-dir. Argentinalı hücumçu hər mövsümün sonunda komandanı tərk etmək haqqına sahib olacaq.
Messinin Kataloniya klubu ilə hazırkı müqaviləsi 2021-ci ilin iyununda başa çatır.
Bizi Telegramda izləyin
Bizi Facebook-da izləyin