Messi – 2022-nin ən yaxşı idmançısı

Argentina millisinin və Fransanın PSJ klubunun futbolçusu Lionel Messi 2022-ci ilin ən yaxşı idmançısı seçilib.

Komanda.az xəbər verir ki, 36 yaşlı hücumçu “Ekip” nəşrinin apardığı səsvermədə bütün rəqiblərini qabaqlayıb.

Messi 808 səs toplayaraq, bu ada layiq görülüb.

İkinci pillədə onun PSJ-dəki komanda yoldaşı Kilian Mbappe qərarlaşıb (381 səs).

Respondentlərin 285 səsini toplayan ispaniyalı tennisçi Rafael Nadal üçüncü yeri tutub.

İlk beşlikdə müvafiq olaraq belçikalı velosipedçi Remko Evenepoel və niderlandlı Formula 1 pilotu Maks Ferstappen qərarlaşıb.

Messi ötən il Argentina yığması ilə Qətərdə keçirilən dünya çempionatının qalibi olub.

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button