“Media yalan xəbərlər yayır” – Ronaldo

“Mançester Yunayted”in hücumçusu Kriştiano Ronaldo bu yay klubu tərk edə biləcəyi ilə bağlı yayılan xəbərlərə münasibət bildirib.

Komanda.az İngiltərə mətbuatına istinadən xəbər verir ki, o, medianın yalan xəbərlər tirajladığını deyib:

“Media yalan xəbərlər yayır. Bir neçə həftədən sonra mənimlə müsahibə çıxanda hər kəs hər şeyi biləcək. Son aylarda mənim haqqımda çıxan yüz xəbərdən yalnız beşi doğru idi”.

2003-2009-cu illərdə də İngiltərə komandasında çıxış edən Ronaldo, 2021-ci ilin avqustunda yenidən “Mançester Yunayted”ə qayıdıb. O, ötən mövsüm komandanın heyətində bütün turnirlərdə 39 oyuna çıxıb, 24 qol vurub və 3 məhsuldar ötürmə edib.

2022/23 mövsümü başlamazdan əvvəl Ronaldo bir neçə dəfə “Mançester Yunayted”in məşqini buraxıb. O, iyulun sonunda kluba qayıdıb, məşqlərə başlayıb. Bu mövsüm 2 qarşılaşmada iştirak edən hücumçu qol vura bilməyib.

“Bayern” və “Atletiko”nun 37 yaşlı portuqaliyalı ilə maraqlandığı bildirilir.

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button