Mbappeyə son təklif ediləcək
PSJ hücumçusu Kilian Mbappeyə son müqavilə təklifi etməyi planlaşdırır.
Komanda.az “Diario Sport”-a istinadən xəbər verir ki, parislilər 24 yaşlı fransalı futbolçuya müqaviləni 2025-ci ilə qədər uzatmağı təklif edəcəklər.
Mbappenin PSJ ilə hazırkı müqaviləsi 2024-cü ilin yayına qədər nəzərdə tutulub. Mövsüm başlamazdan əvvəl klub rəhbərliyi hücumçunu yeni müqavilə imzalamaqdan imtina etdiyinə görə qısa müddətə komandadan uzaqlaşdırmışdı.
24 yaşlı forvard bu mövsüm bütün yarışlarda 9 oyun keçirib, 8 qol vurub.
Bizi Telegramda izləyin
Bizi Facebook-da izləyin