Mbappeyə dəstəyə görə satıla bilər – Braziliyalı futbolçu
PSJ müdafiəçisi Markinyosun mümkün satışını nəzərdən keçirir.
Komanda.az “Sports Zone” nəşrinə istinadən xəbər verir ki, klub rəhbərliyi kapitanın Yaponiya turnesi ərizəsinə daxil edilməyən hücumçu Kilian Mbappeyə dəstək ifadələrindən narazıdır.
Paris klubu futbolçu üçün məqbul təklif olarsa, onun getməsinə mane olmayacaq.
29 yaşlı braziliyalı oyunçu 2013-cü ildən PSJ-də çıxış edir. Onun klubla müqaviləsi 2028-ci ilə qədər nəzərdə tutulub.
Bizi Telegramda izləyin
Bizi Facebook-da izləyin