Koronavirusun Mbappenin qərarına təsiri
Fransanın PSJ klubunun hücumçusu Kilian Mbappe karyerası ilə bağlı qərarını verib.
Komanda.az AS nəşrinə istinadən xəbər verir ki, adı “Real”la yanaşı çəkilən 21 yaşlı futbolçu, Paris klubunda qalmağa qərar verib. Buna əsas səbəb, koronavirusa görə yaranmış maddi böhrandır. Həmçinin, “Real”ın bu transferdən imtina etmədiyi və 2021-ci ilin yayında Mbappeni heyətinə qatmaq üçün yenidən hərəkətə keçəcəyi bildirilir.
PSJ ilə müqaviləsi 2022-ci ilin iyununadək nəzərdə tutulan Mbappe, cari mövsümdə iştirak etdiyi 33 oyunda 30 qol, 17 məhsuldar ötürmə ilə yadda qalıb.
Bizi Telegramda izləyin
Bizi Facebook-da izləyin