“Mbappenin La Liqada oynamasını istəyərdim” – Emeri
PSJ-nin keçmiş baş məşqçisi Unay Emeri sabiq komandası və hücumçu Kilian Mbappe ilə bağlı açıqlama verib.
Komanda.az İspaniya mətbuatına istinadən xəbər verir ki, 48 yaşlı mütəxəssis, Mbappenin dünyanın ən yaxşı futbolçusu ola biləcəyini deyib:
“PSJ-də çalışarkən, ən yaxşı futbolçulara sahib olmaq üçün çalışırdım. Ordakı hər kəsin Çempionlar Liqasını qazanmaq şansı var. Əminəm ki, Mbappe bunun üçün yaxşı yerdədir.
Mbappenin La Liqada oynamasını istəyərdim. Onun gələcəyi parlaqdır. O, dünyanın ən yaxşı futbolçusu olmaq potensialına sahibdir. Bu, baş verə bilər. Hər şey Mbappenin əlindədir”.
Mbappenin adı “Liverpul”la yanaşı çəkilir.
Bizi Telegramda izləyin
Bizi Facebook-da izləyin