“Hələ ki, Mbappenin hücumları bitirməkdə bəxti gətirmir” – “Real” rəsmisi

“Real”in direktoru Emiliano Butragenyo komandanın 25 yaşlı fransalı hücumçusu Kilian Mbappenin oyunu haqda fikirlərini bölüşüb.

Komanda.az AS-a istinadən xəbər verir ki, klub rəsmisi Mbappenin hər matçda xoş anlarının olduğunu bildirib:

“Mbappenin hər oyunda xoş anları olur. Bu, yaxşı əlamətdir. Lakin hələ ki, Kilianın hücumları bitirməkdə bəxti gətirmir. O, “Barselona” ilə matçda (0:4) asanlıqla qol vura bilərdi. Amma bəzən belə dövrlər olur. Dünya səviyyəli futbolçudur və tezliklə qol vurmağa davam edəcək”.

Mbappe bu yay Madrid komandasının sıralarına qoşulub. O, cari mövsümdə 15 oyun keçirib, 8 qol vurub və 2 məhsuldar ötürmə edib.

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button