AÇ-2024: Mbappe Niderlandla matçda olacaq?
Fransa millisinin hücumçusu Kilian Mbappenin Niderland yığması ilə bugünkü oyunda meydana çıxıb-çıxmayacağı məlum olub.
Komanda.az “RMC Sport”-a istinadən xəbər verir ki, 25 yaşlı futbolçu qarşıdakı oyunda ehtiyat oyunçular skamyasında olacaq.
Mbappe Avropa çempionatının qrup mərhələsinin Avstriya ilə 1-ci turunun matçında (1:0) burnundan zədə alıb və görüşü sona qədər başa vura bilməyib.
Fransalı futbolçu Niderland millisi ilə bu gün baş tutacaq qarşılaşma öncəsi hazırlıqda xüsusi maskada məşq edib.
Bizi Telegramda izləyin
Bizi Facebook-da izləyin