Mbappedən Ardaya: “Bu, asan səfər olmadı, qardaş”

“Real”ın türk yarımmüdafiəçisi Arda Gülər sosial şəbəkədə təyyarədən çəkilmiş bir foto paylaşıb.

Şəkildə fransalı hücumçu Kilian Mbappe uçuş zamanı yatmış vəziyyətdə görünür.

Komanda.az xəbər verir ki, Mbappe Arda Gülərin paylaşımının altına şərh yazıb:

“Bu, asan səfər olmadı, qardaş”.

“Kral klubu” UEFA Çempionlar Liqasının ikinci turunda Qazaxıstanın “Kayrat” komandası ilə səfərdə qarşılaşıb və rəqibini 5:0 hesabı ilə məğlub edib. Mbappe bu oyunda het-trik edib.

Xabi Alonsonun rəhbərliyindəki “Real” növbəti turda “Yuventus”la üz-üzə gələcək.

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button