“Arda Gülərin əla sol ayağı var” – Sabiq futbolçu

“Real”ın sabiq futbolçusu Predraq Miyatoviç Madrid klubunun oyunçuları – Kilian Mbappe, Arda Gülər və Vinisius Juniorun oyununu şərh edib.

Komanda.az xarici KİV-ə istinadən xəbər verir ki, o, hər üç futbolçunun ümumi performansını yüksək qiymətləndirib:

“Mbappe başqa bir şeydir. Mövsümün əvvəlində bəzi çətinlikləri var idi, amma öz ritmini tapdı. Onun 2025-ci ildə heç bir komanda titulunu qazanmaması təəssüf doğurur, amma bu mövsüm fərqli olacaq.

Arda Gülər onunla yaxşı işləyir, əla sol ayağı var və o, həmişə Mbappeni axtarır. Onlar “Real” üçün çox vacib bir duet olacaqlar.

Son matçlarda gördüklərimə əsasən düşünürəm ki, Vinisius start heyətində olacaq. Baş məşqçi Xabi Alonso əlbəttə ki, əvəzetmələr etməyi sevir və seçimləri var. Amma düşünürəm ki, o, start heyətində olacaq”.

Madrid klubu növbəti oyununu Çempionlar Liqasında “Liverpul”a qarşı keçirəcək.

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button