Mbappenin ümidi

PSJ-nin futbolçusu Kilian Mbappe UEFA Çempionlar Liqasının 1/8 final mərhələsinin “Bayern” ilə ilk matçında meydana çıxmağa ümid edir.

Komanda.az “Le Parisien”-ə istinadən xəbər verir ki, 25 yaşlı futbolçu zədəsini bərpa etmək üçün üzərində işləyir. O, əsas heyətə düşə bilməsə də, sonradan oyuna çıxaraq komandasına dəstək olmaq niyyətindədir.

Yekun qərar məşqçilər korpusu tərəfindən veriləcək.

PSJ – “Bayern” cütünün ilk qarşılaşması fevralın 15-də Parisdə, cavab oyunu isə martın 9-da Münhendə baş tutacaq.

Mbappe Fransa çempionatının 21-ci turunun “Monpelye” ilə görüşündə zədələnib. O, dizindən xəsarət alıb və 21-ci dəqiqədə əvəzlənib.

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button