
Azərbaycan millisi ilə oyunda zədələnmişdi – Geri dönür
“Real”ın hücumçusu Kilian Mbappe ayaq biləyindən aldığı zədədən sağaldıqdan sonra komanda ilə məşqlərə qayıdıb.
Fransalı forvard oktyabrın 10-da, Azərbaycan millisi ilə keçirilən dünya çempionatının seçmə mərhələ oyununda (3:0) zədələnmişdi.
Komanda.az xarici KİV-ə istinadən xəbər verir ki, bu, Mbappenin 9-cu turda “Real”ın “Xetafe”yə qarşı sabah keçiriləcək La Liqa oyununda iştirak edə biləcəyi deməkdir.
“Kral klubu”nun yarımmüdafiəçisi Dani Sebalyos isə əzələ gərginliyi səbəbindən qarşıdakı oyunu buraxacaq.
Bizi Telegramda izləyin
Bizi Facebook-da izləyin



