Mbappe 2017-ci ildə “Real”a keçməməsinin “sirr”ini açdı

“Real”ın hücumçusu Kilian Mbappe karyerasının əvvəlində “Monako”dan hazırkı klubuna transferinin baş tutmamasının səbəbini açıqlayıb.

Komanda.az xəbər verir ki, fransalı forvard “Madrid Universal”-a açıqlamasında 2017-ci ildə “Real”a keçməməsinin arxasındakı qərarını belə izah edib:

“Monako”dan ayrıldığım vaxt cəmi 18 yaşım var idi. O zaman “Real”da Kriştiano Ronaldo, Kərim Benzema və Qaret Beyl kimi top-oyunçular oynayırdı. Mən isə ehtiyatda oturmaq istəmirdim. Bilirdim ki, hər oyunda meydana çıxmaq mümkün olmayacaq. Mənim üçün əsas olan daimi oyun praktikası idi. Buna görə də PSJ-nin təklifini qəbul etdim”.

Mbappe ötən yay “Real”a keçib. Onun klubla müqaviləsinin müddəti 2029-cu ilin iyununun sonuna qədərdir.

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button