Maykl Essyen Azərbaycanda ilk rəsmi matçına çıxdı

Futbol üzrə Qana yığmasının sabiq futbolçusu Maykl Essyen Azərbaycan Premyer Liqasında ilk rəsmi matçına çıxıb.

Komanda.az xəbər verir ki, bu, 23-cü tur çərçivəsində Masazırdakı “Əlincə Arena”da baş tutan “Sabah” – “Səbail” oyununda qeydə alınıb.

O, bu görüşün 64-cü dəqiqəsində “Səbail”in digər futbolçusu Yevgeni Koçukun əvəzində meydana buraxılıb.

Xatırladaq ki, Essyen karyerası ərzində Fransanın “Bastiya”, “Olimpik” (Lion), İngiltərənin “Çelsi”, İspaniyanın “Real”, İtaliyanın “Milan” , Yunanıstanın “Panatinaikos” və İndoneziyanın “Persib Bandunq” klublarının formasını geyinib.

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button