Finalda 21-ci cütlük

Mayın 19-da Azərbaycan kubokunun 2018/19 mövsümünün son oyunu keçiriləcək.

Komanda.az PFL-ə istinadən xəbər verir ki, yarışın final matçında “Qəbələ” və “Sumqayıt” qarşılaşacaq. Bu, komandalar ölkə kubokunda ilk dəfə üz-üzə gələcək.

İndiyədək yalnız çempionatda qarşılaşan komandalar kubokun 27 illik tarixinə 465-ci cüt kimi düşəcək. Əvvəlki 25 finalda isə 20 fərqli cütlük üz-üzə gəldiyindən “Qəbələ” – “Sumqayıt” 21-ci kimi tarixə düşəcək.

“Qəbələ” – “Sumqayıt” matçı mayın 19-da keçiriləcək. Naxçıvan Muxtar Respublikası stadionunda oynanılacaq qarşılaşma saat 16:30-da start götürəcək.

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button