Matiç “Lion”la anlaşıb

“Çelsi”nin və “Mançester Yunayted”in sabiq yarımmüdafiəçisi, hazırda “Renn”də çıxış edən Nemanya Matiç “Lion”la şəxsi müqavilənin şərtlərini razılaşdırıb. 

Komanda.az xarici KİV-ə istinadən xəbər verir ki, serbiyalı futbolçu “Lion”a keçmək istəyir. Klublar arasında danışıqlar hələ də davam edir. Daha əvvəl bildirilmişdi ki, Matiç öz klubunda xoşbəxt deyil və əməkdaşlığı dayandırmaq istəyir. 

35 yaşlı Matiç avqustda “Roma”dan 2,5 milyon avroya “Renn”ə keçib. Yarımmüdafiəçi bu mövsüm bütün yarışlarda 19 oyun keçirib və iki məhsuldar ötürmə edib. Futbolçunun hazırkı klubu ilə müqaviləsi 2025-ci ilin iyunun sonuna kimi qüvvədədir. 

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button