Lautaro Martinesin meneceri: “Biz təkliflər gözləmirik”

“İnter”in hücumçusu Lautaro Martinesin agenti Alexandro Kamanyo futbolçunun gələcəyi haqda danışıb.

Komanda.az “Football İtalia”-ya istinadən xəbər verir ki, o, Martinesin ancaq “İnter”ə kökləndiyini deyib:

“Bəzən mətbuatda Martinesin başqa kluba keçidi ilə bağlı məlumatlar dərc olunur. Amma Lautaro yalnız “İnter”ə köklənib. O, azarkeşlərə sevinc bəxş edir və komandanın çempionatda irəliləməsinə kömək edir. Martines bundan sonra Argentina millisi ilə dünya çempionatına hazırlaşacaq. Biz təkliflər gözləmirik və transfer variantları axtarmırıq. Lautaro “İnter”dədir, xoşbəxtdir, Milan gözəl şəhərdir. Onun bütün fikirləri yalnız “İnter” haqqındadır”.

24 yaşlı futbolçu bu mövsüm “İnter”in heyətində bütün turnirlərdə 45 oyuna çıxıb, 21 qol vurub və 3 məhsuldar ötürmə edib. Martinesin klubla müqaviləsi 2026-cı ildə başa çatır.

Bizi Telegramda izləyin

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button