Martines ayrılmaq istəyir, “Mançester Siti” gözləyir
İtaliyanın “İnter” klubunun hücumçusu Lautaro Martines komandadan ayrılmaq niyyətindədir.
Komanda.az İtaliya mətbuatına istinadən xəbər verir ki, 23 yaşlı futbolçu “neradzurra”dakı mövqeyindən razı deyil. O, menecer Jorje Mendeşə klub axtarmaq göstərişi verib.
Martinesin adı yayda “Barselona” ilə birlikdə hallanırdı, lakin Kataloniya klubu “İnter”in tələb etdiyi məbləği ödəyə bilməyəcəyi üçün bu transferdən imtina etmişdi. Bu səbəblə, Mendeş “İnter”in maliyyə tələblərini qarşılayan klub tapmalıdır.
Son vaxtlar Martinesin adı “Mançester Siti” ilə hallanır.
Argentinalı futbolçunun “İnter”lə müqaviləsi 2023-cü ilin yayınadək nəzərdə tutulub.
Bizi Telegramda izləyin
Bizi Facebook-da izləyin