“Marsel”dən inamlı qələbə

Fransa çempionatında 35-ci tura yekun vurulub.

Komanda.az xəbər verir ki, sonuncu gündə 7 görüş baş tutub.

“Tuluza” – “Nant”, “Monako” – “Lill” və “Monpelye” – “Loryan” matçlarında qalib müəyyənləşməyib. Lion “Olimpik”i səfərdə “Klermon”a uduzub. “Brest” “Oser”i, “Renn” də “Trua”nı məğlub yola salıb. Marsel “Olimpik”i isə “Anje” ilə ev oyunundan qələbə ilə ayrılıb.

Hazırda 81 xala malik PSJ vahid liderdir. “Lans” 75 xalla ikinci, Marsel “Olimpik”i 73 xalla üçüncü pillədə qərarlaşıb. “Monako”nun 65, “Lill”in 60, “Renn”in 59, Lion “Olimpik”inin 56 xalı var.

Fransa, Liqa 1
35-ci tur

12 may

Lans – Reyms 2:1
Qol
: Frankovski, 40-pen. Fofana, 55 – Baloqun, 23-pen.

13 may

Strasburq – Nitsa 2:0
Qol
: H.Diallo, 1; 59-pen.

PSJ – Ayaçço 5:0
Qol
: F.Ruis, 22. Hakimi, 33. Mbappe, 47; 54. M.Yussuf, 73-öz qapısına.

14 may

Klermon – Olimpik (Lion) 2:1
Qol
: Kiey, 25-pen; 65 – Lakazette, 22.

Brest – Oser 1:0
Qol
: Le Duaron, 69.

Monpelye – Loryan 1:1
Qol
: Mauassa, 90+3 – Fevr, 68.

Renn – Trua 4:0
Qol
: Teate, 14. Buriqe, 65. Ekambi, 70; 74.

Tuluza – Nant 0:0

Monako – Lill 0:0

Olimpik (Marsel) – Anje 3:1
Qol: A.Sançes, 34. Payet, 48. Veretu, 76-pen – Sima, 28.

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button