Nazirlikdən “Marsel” azarkeşlərinə qadağa
“Marsel” Fransa Liqa 1-in 9-cu turunda “Lill”in qonağı olacaq.
Komanda.az xəbər verir ki, “Marsel” azarkeşləri sözügedən səfər oyununa buraxılmayacaq. Bu barədə klubun mətbuat xidməti məlumat yayıb.
Fransa Daxili İşlər Nazirliyi klubun azarkeşlərinin son oyunlardakı qeyri-etik davranışlara görə, “Lill”lə matçın keçiriləcəyi Vilnöv-Dask bölgəsinə girişinə qadağa qoyub.
“Marsel” fanatları ölkə çempionatının “Anje” (0:0), “Nitsa” (0:0) və Avropa Liqasının “Qalatasaray”la oyununda (0:0) təxribata əl atıb.
Sabah keçiriləcək “Lill” – “Marsel” matçı saat 19:00-da başlayacaq.
Bizi Telegramda izləyin
Bizi Facebook-da izləyin