Fransa klubu Poqba ilə danışıqlar aparır

“Marsel” Pol Poqba ilə gələn ilin yanvarında azad agent kimi müqavilə imzalamaq imkanları ilə bağlı fəal danışıqlar aparır.

Komanda.az xarici KİV-ə istinadən xəbər verir ki, hazırda cəzalı olan yarımmüdafiəçi yanvarda yeni komandaya qoşula bilər. Lakin onun mart ayına qədər oynaması qadağandır. Bir il əvvəl “Yuventus” dopinq qalmaqalına görə Poqba ilə müqaviləyə xitam verib.

Fransalı futbolçu 2016-cı ildə onun üçün təxminən 100 milyon avro təzminat ödəyən “Mançester Yunayted”də də çıxış edib. O, əvvəlcə 4 il davam etməli olan diskvalifikasiyanın azaldılmasına nail olub.

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button