“Bura tətilə, günəş vannası qəbul etmək üçün gəlməmişəm!”

“Marsel”in hücumçusu Aleksis Sançes Fransa təmsilçisi ilə bağlı danışıb.

Komanda.az “RMC Sport”-a istinadən xəbər verir ki, o, Liqa 1 klubuna günəş vannası qəbul etmək üçün keçmədiyini bildirib:

“Bura tətilə, günəş vannası qəbul etmək üçün gəlməmişəm! Bir mövsümdür ki, bu klubdayam. Sonra nə olacağını bilmirəm. Qala da bilərəm, gedə də bilərəm. Lakin qalmaq və qalib gəlmək istəyirəm.

UEFA Çempionlar Liqasına vəsiqə qazanmaq üçün komandanın dördüncü, hətta ikinci belə olmasını istəmirəm”.

“Marsel” hazırda Fransa çempionatının turnir cədvəlində 52 xalla ikincidir.

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button