Maqnus Karlsen yenə dünya çempionu oldu
Norveçli şahmatçı Maqnus Karlsen növbəti dəfə dünya çempionu olub.
Komanda.az xəbər verir ki, o, Qazaxıstanın Almatı şəhərində baş tutan mundiada rapid yarışlarından sonra blitsdə də (16 xal) birinci yeri tutub.
Turnirdə Azərbaycanı kişilərdə Şəhriyar Məmmədyarov, Rauf Məmmədov, Vasif Durarbəyli, Vüqar Əsədli, Aydın Süleymanlı, Məhəmməd Muradlı və Abdulla Qədimbəyli, qadınlarda isə Günay Məmmədzadə, Gülnar Məmmədova, Ülviyyə Fətəliyeva, Xanım Balacayeva, Gövhər Beydullayeva və Ləman Hacıyeva təmsil ediblər.
Azərbaycanın kişi qrossmeysterlərindən 12,5 xal toplayan Rauf Məmmədov 28-ci, Aydın Süleymanlı 37-ci, 12 xallı Şəhriyar Məmmədyarov 40-cı, Məhəmməd Muradlı (11,5 xal) 66-cı, eyni xala malik Vasif Durarbəyli ilə Vüqar Əsədli (9,5) müvafiq olaraq 113-cü və 115-ci yerə layiq görülüblərsə, Abdulla Qədimbəyli 9 xalla 139-cu olub.
Qadınların yarışında isə ən yaxşı nəticəni göstərən Azərbaycan təmsilçisi Günay Məmmədzadə olub. O, 11 xalla 10-cu yeri tutub. 8,5 xala malik şahmatçılardan Ülviyyə Fətəliyeva 47-ci, Gövhər Beydullayeva 51-ci, Gülnar Məmmədova 53-cü, Xanım Balacayeva 55-ci pillədə qərarlaşıb. 8 xal qazanan Ləman Hacıyeva yarışı 61-ci sırada yekunlaşdırıb.
Turnirin qalibi qazaxıstanlı Bibisara Assaubayeva (13 xal) olub. Bundan əvvəl qadınların rapid növündə Tan Çjunyi (Çin) qalib gəlib.
Bizi Facebook-da izləyin