“Mançester Yunayted”in hücumçusu üçün mövsüm bitdi
“Mançester Yunayted”in zədəli futbolçusu Antoni Marsialın son durumu məlum olub.
Komanda.az xəbər verir ki, fransız hücumçu zədə səbəbindən mövsümün geridə qalan hissəsini buraxacaq. Bu barədə komandanın baş məşqçisi Ole-Qunnar Sulşer klubun mətbuat xidmətinə açıqlamasında deyib. Sulşer, Fransa yığmasının düşərgəsində zədələnən Marsialın bu mövsümün qalan hissəsini buraxacağını bildirib.
25 yaşlı futbolçu DÇ-2022-nin seçmə mərhələsinin 2-ci turunun Qazaxıstanla səfər matçında (2:0) sıradan çıxıb.
Bizi Telegramda izləyin
Bizi Facebook-da izləyin