Ten Haqla bağlı qərar veriləcək – Sabah

“Mançester Yunayted”in rəhbərliyi sabah mühüm toplantı keçirəcək.

Komanda.az “The Times”-a istinadən xəbər verir ki, toplantıda komandanın baş məşqçisi Erik Ten Haqın gələcəyi müzakirə olunacaq.

Daha əvvəl Ten Haqın klubdakı taleyinin “Portu” və “Aston Villa” ilə matçların nəticələrindən asılı olacağı bildirilirdi. Hər iki oyun müvafiq olaraq 3:3 və 0:0 hesablı bərabərliklə yekunlaşıb.

“Qırmızı şeytanlar” hazırda İngiltərə Premyer Liqasının turnir cədvəlində 14-cü pillədə qərarlaşıb. Erik ten Haqın komandası 2 qələbə, 2 heç-heçə, 3 məğlubiyyətlə 7 turda 8 xal toplayıb. Komanda növbəti matçını oktyabrın 19-da “Brentford”a qarşı keçirəcək.

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button