Poqba qərarını verib
“Mançester Yunayted”in futbolçusu Pol Poqba klubdakı gələcəyi ilə bağlı qərarını verib.
Komanda.az xəbər verir ki, 28 yaşlı fransalı yarımmüdafiəçi “qırmızı şeytanlar”dan ayrılacaq. Bu barədə Fransa mətbuatı məlumat yayıb.
Poqba “Mançester Yunayted”lə yeni müqavilə imzalamayacaq və artıq PSJ klubu ilə danışıqlara başlayıb.
Poqbanın “Mançester Yunayted”lə müqaviləsi 2022-ci ilin yayına qədərdir.
Bizi Telegramda izləyin
Bizi Facebook-da izləyin