Ronaldodan anasına qadağa
“Mançester Yunayted”in futbolçusu Kriştiano Ronaldo maraqlı açıqlama ilə gündəmə gəlib.
Komanda.az xarici mətbuata istinadən xəbər verir ki, portuqaliyalı hücumçu, anasına çıxış etdiyi klubların həlledici matçlarını izləməsinə icazə vermədiyini deyib:
“Anamın böyük oyunları izləməsinə icazə vermirəm. Ona “atam yoxdur, səni də itirmək istəmirəm” deyirəm. Buna görə də, yarımfinal, final oyunlarına baxa bilməz. Mənim üçün çox narahat olur.
Evdə tək qalmasın deyə, dostlarımı çağırıram. Oyunlar zamanı çöldə gəzir. İki dəfə böyük oyunlar zamanı tribunada özündən gedib. Çox gərgin olur. Uşaqları üçün, xüsusilə də, mənim üçün çox şey edib”.
Bizi Telegramda izləyin
Bizi Facebook-da izləyin