MY futbolçusunu itirib – Cəzaya görə
“Mançester Yunayted” yarımmüdafiəçisi Manuel Uqarteni itirib.
Komanda.az xarici KİV-ə istinadən xəbər verir ki, uruqvaylı futbolçuya həddən artıq xəbərdarlıq edildiyi üçün dekabrın 30-da baş tutacaq “Nyukasl”la matçda “qırmızı şeytanlar”a kömək edə bilməyəcək.
Uqarte cari Premyer Liqada 5-ci sarı vərəqəsini alıb. O, Premyer Liqanın 18-ci turunda “Vulverhempton”la matçda (0:2) vaxtı gecikdirdiyinə görə cəzalandırılıb.
23 yaşlı yarımmüdafiəçi Premyer Liqanın cari mövsümündə 13 oyun keçirib.
“Mançester Yunayted” ölkə çempionatının 18 turunun nəticələrinə əsasən 22 xalla turnir cədvəlinin 14-cü pilləsində qərarlaşıb.
Bizi Telegramda izləyin
Bizi Facebook-da izləyin